BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhəmməd peyğəmbərlə bağlı skandal qərar

2015-ci ildə Məhəmməd peyğəmbərin karikaturları ilə gündəmə gələn Fransanın “Charlie Hebdo” jurnalı İslam peyğəmbərinin silsilə karikaturlarını dərc edəcəyini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, jurnalın satışa çıxarılacaq xüsusi buraxılışının üz qabığında 2006-cı ildə yayımlanan 12 mübahisəli karikaturanın yer alacağı bildirilib.

 

Jurnalın sahiblərindən biri Loren Surisso əsla geri çəkilməyəcəklərini deyib.

 

Jurnalın qərarına Fransa Prezidenti Emmanuel Makrondan da dəstək gəlib:

 

“Fransada mətbuat azadlığı var. Prezident qəzetlərin və kanalların seçimlərinə şərh verə bilməz. Bu ölkədə söz azadlığını qorumaq üçün buradayam”.Teleqraf

Tarix: 2 Sentyabr 2020, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin