BURADA REKLAMINIZ OLA
BİLƏR

Zemfira Hüseynbəyliyə vəzifə verildi - FOTO

Mədəniyyət Nazirliyində kadr islahatları davam edir.

 

Mədəniyyət Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Zemfira Hüseynbəyli Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Təyinata qədər o, Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

 

İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

 

İngilis, rus, türk dillərini bilir.

Fotoları təqdim edirik
Tarix: 2 Sentyabr 2020, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin