BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərşad Hüseynov: “BNA-nın dayanma-durmaya görə məsuliyyətə cəlbetmə səlahiyyəti ləğv olunmalıdır”

“İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində göstərilir ki, bir şəxs eyni xətaya görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Dayanma-durma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmənin incəliyi ondadır ki, insanla təmas olmadan fotosu və videosu çəkilir və mərkəzi informasiya sistemində sənədləşdirmə aparılır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov deyib.

 

Ekspert bu məsələ ilə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün təklif də verib: “Burada insan olmur deyə, ehtimal var ki, bir şəxslə bağlı iki orqanın (Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) ikisi də sənədləşmə apara bilər. Bunu kökündən həll etməyin iki varinatı var: Ya bu qurumlar üçün vahid baza yaradılmalıdır, ya da Bakı Nəqliyyat Agentliyinin dayanma-durmaya görə məsuliyyətə cəlbetmə səlahiyyəti ləğv olunmalıdır”.

Tarix: 2 Sentyabr 2020, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin