BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Baş Nazir: “Nəsimi yad edilməyə layiqdir”

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurasının əməkdaşlığı çərçivəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib.

 

Pravda.az xəbər verir ki, universitetin elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Nəsiminin Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədib olduğunu deyib.

 

N.Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetində Nəsimi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. “Sığmazam” qəzəli ilə Nəsiminin hər iki dünya üçün həm tarixi, həm də fəlsəfi baxımdan böyük tutumlu fikir dediyini diqqətə çatdıran N.Məmmədov bu istiqamətdə hazırlanan tədbirdən hamının zövq alacağına inandığını bildirib. Nəsiminin yad edilməyə layiq olduğunu söyləyən prorektor yalnız bir il deyil, tariximizin çox illərinin Nəsimiyə həsr oluna biləcəyini vurğulayıb. O, tədbir iştirakçılarına Nəsimi ilə zənginləşməyi arzu edib. 

 

 

 

 

Tarix: 18 Dekabr 2019, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin