BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mən də bildiyiniz kimi, üzüyola, yaxşı ki, qız doğulmamışam, dedim, ok” - FOTOLAR

Heç olubmu həyatınızda ki, Prezident sizi öz ad gününə dəvət etsin?

Desin ki, gəl, ye, iç, podarkan da başına dəysin, əliboş gəl, təki gəl, bütün xərcləri özüm ödəyirəm, nəqliyat pulu filan.

 Olub? Olmayıb? Hm, nə gündəsiniz.

Amma məndə olub. Bir neçə il bundan əvvəl belə bir dəvət aldım.

Ki, hörmətli Azər Qərib, bizi sizi görməyə şad olarıq, gözləyəcəyik, sizsiz başlamayacayıq.

Uçuş, gecələmə, qidalanma, hamısını biz özümüz təşkil edirik, sizdən yalnız dəvətimizi qəbul etmək.

Mən də bildiyiniz kimi üzüyola, yaxşı ki, qız doğulmamışam, dedim Ok.

Və beləliklə uçub getdim Astana şəhərinə, Qazaxıstan dövlətinin yeni paytaxtına.

Həmin günlər şəhər Nazarbayevin doğum gününü qeyd edirdi, ənənəvi olaraq, sadəcə dedi-qodu və pıç-pıç olmasın deyə, bu bayramı ölkədə təvəzökarlıq naminə Den Qoroda adlandırırlar.

Bəli, bu gün Nur-Sultan olmuş şəhər o vaxt Astana idi və həmin o gün paytaxtda çox təntənəli surətdə qeyd olunur. Konsertlər, sərgilər, yarışlar, yürüşlər və s.

Şəhərin özü isə...Göydələnlər, dəbdəbəli restoranlar, geniş meydanlar, amma, amma, amma.

Sevdimmi bu şəhəri? Yox. Siyasi cəhətdən düzgün seçilmiş paytaxtın qəlbi yoxdur sanki.

Bataqlığda salınmış şəhərin tarixi abidələri yox, old city deyilən yeri yox, autentliyi yox, özünəməxsusluğu yox, yalnız beton, şüşə və dözülməz hava şəraiti.

Amma ad günü saz keçdi, bolluca yedik-içdik, dostlarla yaxşı vaxt keçirdik, lakin iki gündən sonra mən biletimi dəyişib qayıtdım Vətənə.

Sənə quzu kəsərəm, ey Bakım…

 

Azər Qəribov

 

Jurnalist

Fotoları təqdim edirik
Tarix: 5 Sentyabr 2020, 07:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin