BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dövlət futbola xərc çəkməməlidir”

“Uğur qazanmağın ilk şərti özünə həqiqəti deməkdir. Biz futbol oynaya bilmirik! Buna görə də dövlət futbola xərc çəkməməlidir. Kim istəyir oynasın, xərc çəksin, amma dövlət çəkməsin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov qeyd edib ki, ölkədə xərclərin azaldılması strategiyası qəbul olunmalıdır: “Bütün artıq xərclərə son qoyulmalıdır. Nə bilim, futbol, çoxsaylı diplomatik nümayəndəliklər, beynəlxalq tədbirlər və s. və i.a. Xaricilərin gözündə yaxşı görünmək üçün külli miqdarda vəsait xərclənməməlidir. Bu psixoloji komplekslərə son qoyulmalıdır. Nəyi yaxşı bacarırıqsa, nə həqiqətən bizə lazımdırsa, onu da dövlət maliyyələşirsin!”

 

Qeyd: Sentyabrın 5-də Azərbaycan Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.

Tarix: 6 Sentyabr 2020, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin