BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin kürəkəni kövrəldi və üzr istədi: "Mümkündürsə, məni bağışlasınlar”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev baş verənlərə görə üzr istəyib.

 

Pravda.az-ın xəbərinə görə, sabiq deputat Ramiz Mehdiyev, eləcə də onun ailə üzvləri Azərbaycan dövlətinə sadiqdirlər: “Bu, ölənə qədər də belə olacaq. Cürət edib, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, cəmiyyət qarşısında üzr istəyirəm”.

 

O, çıxışı zamanı kövrəlib: “Hisslərimi cilovlaya bilmirəm. Mümkündürsə, məni bağışlasınlar”.

 

Qeyd: Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Avqustun 18-də məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib. Onlar bu gün azadlığa buraxılıblar.

 

Tarix: 6 Sentyabr 2020, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin