Hərəniz əlinizə bir telefon alıb düşmüsünüz bu şəhərin canına.
Bəzilər isə hətta o qədər harınlayıb ki, iki telefonla fors edir. Bilmirziniz telefon qədrini.
Bizim zamanlarda telefon yalnız rabitə vasitəsi deyil, həm də prestij əlaməti idi, müəyyən imkanlar tələb edirdi. Yəni, taksiyə minmək kimi bir şey idi.
Elə anlayışlar var idi ki, cavanlar heç eşidməyiblər. Məsələn, blokirovka telefonu anlayışı var idi. Bu, nə demək idi?
Sizi qonşu ilə bir cütlüyə qoşurdular, o telefonla danışanda sizin telefon işləmirdi və naabarot.
Yəni, biri işləyəndə digərisi blok olurdu. Blokirovkasız, müstəqil telefon da bir göstərici idi ki, adam imkanlıdır, ya zavmağdır, pulu var, ya da vəzifə sahibidir.
Zavmaq dükan direktorlarına deyirdilər, yəni ZAVeduşiy MAQazinom, uruscax.
Bütövlükdə, canım sizə söyləsin, mənzilə telefon çəkdirmək, istər blokirovkalı, istər blokirovkasız, çox böyük bir problem idi.
Telefon stansiyaları dünya standartlarına cavab vermirdi, nömrə bazası balaca idi, hamıya çatmırdı, ona görə evində telefon olanın eşq romanlarını yaşamaq imkanları daha çox idi.
Saatlarla danışırdın mamlimatan qızlarla və əgər telefon blokirovkalıydısa, bir də görürdün qonşu lezvalayır özünü, sındırır divarı ki, adam ol, mənim də padxod etməyə namizədkam var, imkan ver biz də bişirək.
Və belə bir adət də var idi. Əgər qonşular dostluq edirdilərsə, telefonu olmayan telefonu olan qonşunun nömrərsini veriridi dost-aşnaya ki, zəng edib məni çağırarsan.
Və bir də görürdün qapı döyülür və qonşu səni telefona çağırır ki, gəl. Üzünə də mehriban təbəssüm maskası taxırdı, içərisində söyə-söyə.
Bilirdi, gəlib bir saat çənə döyəcəksən, o da bütün sənin danışığını qulaq asmağa məhkum olacaq.
Ona görə, intim söhbətlər etmək istəyənlər gedirdilər küçə telefonundan zəng etməyə. Bunlara avtomat deyirdilər - “Gedim avtomatdan zəng edim".
Hərdən avtomatın qabağında hətta növbə də düzülürdü, danqa-durunq döyəjləyirdilər kabinin qapısını ki, biraz tez elə.
Küçə telefonları 2 qəpiyə işləyirdilər, vaxt limiti də yox idi. Amma 10 qəpiklik də gedirdi, çünki ölçüləri bir idi.
Hərdən hətta dükanda zdaç verəndə çaşıb 2 qəpiyin yerinə 10 qəpik verirdilər. Yaxud, bicbalalar 10 qəpiyin yerinə 2 qəpik sırımaq istəyirdilər, bəzən alınırdı da.
Alınmayanda isə, vururdun özünü gicliyə ki, “Oy, bağışlayın, elə bildim 10 qəpikdir", yalansa səni virus vursun.
Küçədə telefon budkasının yanında keçənlərə “Sizdə 2 qəpiklik olmaz?” sualını vermək ayıb sayılmırdı, hərdən hətta 10 qəpiklik verirdilər ki, "Brat, ala bunu, 2 qəpiklik yoxumdu”.
Siqaret strelət kimi bir şey idi, hamı edirdi bunu, çünki 2 qəpikliyin özü də defisit idi.
Ev telefon apparatları da başqa aləm idi. Diskə salırdın barmağını, fırladırdın və o vıjj-vıjj səslə tələsmədən qayıdırdı yerinə.
Mərkəzdə yaşayanların telefon nömrələri 9 rəqəmi ilə başlayırdı və ordakılara zəng etmək hövsələ tələb edirdi. Deyinə-deyinə yığrdın nömrəni ki, “Yaşamağa yer tapdılar, toje mne".
Bunları nəyə görə danışdım sizə? Heşzad, elə belə.
Dünən bir müsahibəyə dəvət etmişdilər, studiyada dekor olaraq bu telefon apparatını gördüm və bir anlıq keçmişə döndüm.
Həm indiki imkanların qədrini bilmək təbliğatını apardım, həm də ötən günlərimi yad etdim…
Azər Qəribov
Jurnalist
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin