BURADA REKLAMINIZ OLA
BİLƏR

Uçuşlar ləğv edildi

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında 23 təyyarə reysi təxirə salınıb.

 

Pravda.az “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Яндекс. Расписания” xidməti məlumat yayıb.

 

Bildirilib ki, “Domodedovo”da 5 uçuş ləğv edilib, 9-u təxirə salınıb.

 

“Vnukovo”da 4 reys ləğv edilib, 2-si təxirə düşüb.

 

“Şeremetyev” hava limanında isə 3 reys ləğv edilib.

 

“Jukovski”də uçuşların qrafiki ilə bağlı məlumat verilməyib.

 

Qeyd edək ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı. Lakin avqustun 1-dən etibarən Rusiya Federasiyası bir sıra ölkələrlə beynəlxalq hava trafikini bərpa etmişdi.APA

Tarix: 7 Sentyabr 2020, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin