BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun ikinci dalğası ilə bağlı ÜST-dən ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa çağırıb.

Pravda.az xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə deyib. O, mövcud pandemiyanın son olmadığını bildirib. ÜST rəhbəri yeni dalğaya əvvəlkindən daha hazırlıqlı olmaq üçün erkən hazırlıqlara başlamağa çağırıb.

“Tarix bizə öyrədir ki, xəstəliklər və pandemiya əslində həyatın bir hissəsidir”, - deyə Qebreyesus qeyd edib.

O, pandemiya ilə mübarizədə əsasən Tailandın yaxşı nəticə əldə etdiyini misal çəkib. Bundan başqa, Monqolustan, Mavriki Respublikası, Uruqvayın xəstəliklə mübarizədə müsbət nəticələrini nümunə göstərib.Qafqazinfo

Tarix: 7 Sentyabr 2020, 21:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin