BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur dramaturq vəfat etdi

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvood 85 yaşında vəfat edib.

 

Pravda.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

 

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

 

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.

 

O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə  “BAFTA” mükafatını qazanıb.

 

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.APA

Tarix: 9 Sentyabr 2020, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin