BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda toylarla bağlı yeni qərar: 10-dan çox adamın iştirakı qadağan edildi

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirak etməsi qadağan olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Bildirilib ki, ölkədə nikah aktının imzalanması qadağan edilmir, məhdudiyyət yalnız onun tədbir şəklində qeyd olunmasına aiddir.

 

Qeyd olunub ki, eyni məhdudiyyətlər ad günü şənlikləri və digər bu kimi sosial tədbirlərə də şamil edilir. Qərarın ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildiyi vurğulanıb.APA

Tarix: 9 Sentyabr 2020, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin