BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus peyvəndləri il bağlı daha bir AÇIQLAMA

COVID-19 peyvəndlərinin kliniki sınaqlarının üçüncü mərhələsinin nəticələri 2021-ci ilin başlanğıcında məlum olacaq və preparatların bir neçə yüz milyon dozasını növbəti ilin ortasında gözləməyə dəyər.

 

Pravda.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) bildiriblər.

 

"Biz gözləyirik ki, bu vaksinlərdən biri və ya daha çoxu təhlükəsiz olacaq və infeksiyadan müdafiədə effektivdir, ancaq söhbət dəqiq hansı peyvənddən gedir, bu hələlik məlum deyil. Yalnız üçüncü mərhələnin nəticələri məsələyə aydınlıq gətirəcək”, - təşkilatda qeyd ediblər.

 

ÜST-ün bu günə olan məlumatına görə, hazırda dünyada 200-dən çox koronavirus peyvəndi hazırlanır, artıq onlardan 30-u insanlar üzərində sınaqdan keçirilir. Preparatın yaradılması beş mərhələdən keçir, klinikaya qədərki tədqiqatlar - 1-ci mərhələ - insanların kiçik qrupları üzərində sınaq, 2-ci  mərhələ - təhlükəsizliyin və dozanın yoxlanılması, 3-cü mərhələ - məqsədli yaş qruplarının ayrılması ilə yüzlərlə insanda genişləndirilmiş sınaqlar, 4-cü mərhələ - minlərlə insan üzərində yoxlama və sonuncu vaksinin təsdiq edilməsi mərhələsi.Report

 

 

Tarix: 10 Sentyabr 2020, 07:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin