BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov icra başçısının saxlanılmasına münasibət bildirdi: “İtin yiyəsi varsa, qurdun da Allahı var”

“İtin yiyəsi varsa, qurdun da Allahı var. Çox gözəl deyimdir. Bu gün bir daha buna əmin oldum. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən həbs ediliblər. Belə xəbərlərə heç vaxt sevinməmişdim. Bu dəfə sevindim, ona görə ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov xatırladıb ki, son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi, baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi: “Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır”.

 

A.İsmayılov daha sonra başına gələnləri yazıb: “İkinci səbəb daha maraqlı və bir az da şəxsidir. Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə “Qağa, mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəsinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən. Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov, başçılar dəyişsə də, uzun illərdir ki, faktiki rayonu tək idarə edirdi. Onun necə rüşvətxor, harının biri olduğunu hamı kimi mən də bilirdim, ancaq mənə qarşı atdığı addım tam simasızlıq idi. Əsəbimdən özümə yer tapa bilməsəm də şikayət edəcək yerim də yox idi”.

Tarix: 19 Dekabr 2019, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin