Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin sədri Sahibə Qafarovanın Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşünə dair məlumat yayıb.
Görüşdə xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsəd ticarət dövriyyəsini daha da artırmaqdır.
Nazir bildirib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.
Qadın sahibkarlığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışıb. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirib. Qeyd edib ki, qadın güclənərsə, ailə və iqtisadiyyat güclənər.
Nazir Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunub. O diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanın Türkiyəyə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm verilir.
“Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq” ,- deyə R.Pekcan əlavə edib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu, onun ilk rəsmi səfəridir.
“Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini bu ölkəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu, belədir. Biz bir millət, iki dövlətik. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir”.
İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan spiker deyib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür.
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin altı ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib”.
Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
19 Aprel 06:11
19 Aprel 06:07
19 Aprel 05:57
19 Aprel 05:54
19 Aprel 05:51
19 Aprel 05:48
19 Aprel 05:47
19 Aprel 05:45
19 Aprel 01:30
19 Aprel 00:02
18 Aprel 23:58
18 Aprel 23:02
18 Aprel 21:10
18 Aprel 21:02
18 Aprel 21:01
18 Aprel 20:59
18 Aprel 20:57
18 Aprel 20:56
18 Aprel 20:54
18 Aprel 20:47
18 Aprel 19:02
18 Aprel 18:59
18 Aprel 18:39
18 Aprel 18:37
18 Aprel 18:28
18 Aprel 18:23
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:51
18 Aprel 17:30
18 Aprel 17:23
18 Aprel 17:19
18 Aprel 17:15
18 Aprel 17:04
18 Aprel 16:46
18 Aprel 16:41
18 Aprel 16:06
18 Aprel 16:04
18 Aprel 16:00
18 Aprel 15:59
18 Aprel 15:57
18 Aprel 15:54
18 Aprel 15:53
18 Aprel 15:52
18 Aprel 15:51
18 Aprel 15:50
18 Aprel 15:47
18 Aprel 15:46
18 Aprel 15:45
18 Aprel 15:38
18 Aprel 15:20
18 Aprel 15:18
18 Aprel 14:36
18 Aprel 14:35
18 Aprel 14:32
18 Aprel 14:30
18 Aprel 14:29
18 Aprel 14:26
18 Aprel 14:25
18 Aprel 14:23
18 Aprel 14:23
18 Aprel 14:21
18 Aprel 14:11
18 Aprel 13:38
18 Aprel 13:34
18 Aprel 13:33
18 Aprel 13:31
18 Aprel 13:27
18 Aprel 13:24
18 Aprel 13:23
18 Aprel 13:03
18 Aprel 12:56
18 Aprel 12:54
18 Aprel 12:50
18 Aprel 12:32
18 Aprel 12:14
18 Aprel 11:46
18 Aprel 11:44
18 Aprel 11:42
18 Aprel 11:35
18 Aprel 11:31
18 Aprel 11:29
18 Aprel 11:22
18 Aprel 11:18
18 Aprel 11:15
18 Aprel 11:13
18 Aprel 11:10
18 Aprel 11:07
18 Aprel 11:06
18 Aprel 11:04
18 Aprel 10:54
18 Aprel 10:51
18 Aprel 10:43
18 Aprel 10:41
18 Aprel 10:34
18 Aprel 10:28
18 Aprel 10:28
18 Aprel 10:27
18 Aprel 10:24
18 Aprel 10:22
18 Aprel 10:19
18 Aprel 10:16
18 Aprel 10:04
18 Aprel 10:00
18 Aprel 09:57
18 Aprel 09:50
18 Aprel 09:50
18 Aprel 09:15
18 Aprel 09:04
18 Aprel 08:53
18 Aprel 08:52
18 Aprel 08:50
18 Aprel 08:34
18 Aprel 08:32
Ən son xəbərləri səhifəmizdən də izləyin