BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının həbs edilməsinin səbəbi – 300 nəfərin maaş kartını götürübmüş

Maliyyə Nazirliyi həbs edilən Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bildirilib ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

 

O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlaşması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.

 

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu ilin əvvəlində isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Modern.az

Tarix: 19 Dekabr 2019, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin