BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda karantin gələn ilin yanvarınadək uzadıldı

Ermənistan hökuməti bu gün koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin bitməsi ilə əlaqədar 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimi tətbiq etmək qərarına gəlib.

 

Pravda.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

 

“Dünyadakı gərgin epidemiya vəziyyətini, eləcə də Ermənistanda koronavirus infeksiyasının geniş yayılmasını nəzərə alaraq, Ermənistan hökuməti 11 sentyabr - 11 yanvar 2021-ci il tarixlərində bütün ölkə ərazisində karantin rejimi tətbiq etmək qərarına gəlib. Qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə sənəddə qeyd olunur.

 

Hökumətin qərarına uyğun olaraq, karantin müddəti bitənə qədər quru yolla ölkəyə giriş qadağandır. İstisna yalnız diplomatlara və onların ailə üzvlərinə aiddir. Həmçinin ölkəyə dəfn və ya anım mərasimində iştirak etmək üçün girişə icazə verilir. Dövlətlərarası yük daşımaları həyata keçirən sürücülər dəölkəyə girə bilərlər. Bununla belə onlar tibbi müayinədən keçməli, xəstəlik əlamətləri aşkar olunarsa, xəstəxanaya yerləşdirilməlidirlər.

 

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 45 503 nəfərdir. Virus respublika əhalisinin, təxminən 1,4%-də aşkar edilin. İnfeksiyanın yayılma piki iyunun 7-də müşahidə olunub. Həmin gün 766 yoluxma faktı qeydə alınıb.Qafqazinfo

Tarix: 11 Sentyabr 2020, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin