BURADA REKLAMINIZ OLA
BİLƏR

Kresloda gəzərək vətəndaşları seçkilərə səslədi - Mehman Hüseynovun maraqlı seçki kampaniyası

“Bu gün kresloma əyləşib, qardaşımdan xahiş etdim ki, kreslomu itələsin, əlimə meqafonu götürüb küçə-küçə sakinləri, vətəndaşları seçkilərə səslədim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bloqer Mehman Hüseynov deyib.

 

M. Hüseynov bildirib ki, ətrafdakı vətəndaşların reaksiyası onu daha da ruhlandırır: “Hər bir seçicimin üzündə təbəssümü görmək çox xoş idi. Hamımız bir anda xoşbaxt görünürdük, bir sözlə Qaraçuxur-Yeni Günəşli ərazisinə seçki abu-havasını gətirdik. Vətəndaşlara çağırış etdim ki, birlik olub 23 dekabr Bələdiyyə seçkilərində mənə dəstək olsunlar, kömək etsinlər, bu kreslom ilə gedib bir isti otağa girib sonra da bir məmur xalqa necə xidmət etməlidir onu sizlərə göstərim. Mən bizim qalib olmağımıza tam əminəm. Biz artıq qalibik. Amma son söz yenədə xalqın olacaq, məntəqələrə gəlib hər kəs öz səsini verməlidir”

 

Bloqer iddia edib ki, Mərkəzi Seçki Komissiyası tarix boyu belə maraqlı, kreativ seçki kampaniyası görməyib.

Tarix: 19 Dekabr 2019, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin