Kərəm Həsənovun bacısının falçıya 1 milyon verməsinə münasibət: “Vanqaya vermək olardı...”

“Belə bir deyim var ki, “fala inanma, faldan geri qalma”. Biz nəyi qadağan ediriksə, insanlar ona meyl edir”.

 

Bunu müğənni Əli Mirəliyev deyib. Müğənni nə qədər çəkindirici təbliğat aparılsa da insanlarımızın daim falçılara üz tutduğunu bildirib:

 

“Həyatda nə varsa, insanlar ondan istifadə edirlər. Məsələn, faldan da, təbabətdən də. Belə bir deyim var ki, “fala inanma, amma faldan geri qalma”. Biz nəyi qadağan ediriksə, insanlar ona meyl edir. Kim gedib falçıya pul veribsə, aldanıbsa, getsin özü bilsin, cəzasını çəksin. Bir milyon pulu Vanqa kimi adama vermək olardı. Yəni Azərbaycanda elə bir falçı yoxdur axı. “Tamahkarı yalançı aldadar” misalı var, canı çıxaydı falçıya o məbləğdə pulu verməyəydi. Veribsə, canı çıxsın getsin alsın”.

 

Qeyd edək ki, mətbuatda Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva 1 milyon manata yaxın dələduzluğun qurbanı olması barədə xəbər yayılıb.Moderator

Tarix: 14 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin