"YAP-ı Mirşahin kimi adamların əzməsinə qətiyyən imkan vermək olmaz"

Yeni Azərbaycan Partiyası haqda indi hamı danışır. Çox heyf!!! Bəli, çox heyflər ki, partiyanın formalaşmasında və inkişafında az əmək sərf etmədik. Əli Nağıyevlə birlikdə ölkənin yollarında canımız çıxdı, kəndbəkənd dolaşdıq, insanlarla yaxın təmas quraraq partiyanın məqsəd və vəzifərini izah edər, Partiyanın lideri Heydər Əliyevin tövsiyyə və məsləhətlərini onlara çatdırardıq. YAP-ı öz doğmamız bilərdik. Əleyhinə danışanlarla barışmaz, savaşa qalxardıq. Bu doğmalıq partiyanın qurulmasında əməyi olan hər kəs üçün siyasi amala, prinsipial və dönməz mübarizə əzminə çevrilmişdi.

 

Göydə Tanrım, yerdə birlikdə yuxusuz gecələr keçirdiyimiz və partiyaya ömrünü qoymuş Əli Nağıyev mənim də çəkdiyim əziyyətlərə şahid olmuşdu. Hər gün saat 8-ə qədər işləyərdik. Evə çatar-çatmaz zəng edərdi ki, "geri qayıt, Prezidentin tapşırığı var". Sadəcə söz xatirinə demədim ki, Əli Nağıyev YAP-ın yolunda ömrünü qoyub. Canını, ürəyinin nəfəsini qoyub... İndi çəkilib bir qırağa heç nəyə qarışmır. Yəqin baxır, sağa-sola qorxur. Mənlə danışmağa da ehtiyat edir.

 

Artıq partiya sürətlə yarpaqlarını tökür və yerdəcə saralıb torpağa qovuşur. Bəli, siyasi təşkilat olaraq Əli Əhmədovun Mərkəzi Aparata rəhbər, Siyavuş Novruzovun isə onun müavini təyin edilməsi YAP-ı zəiflətdi. Onların fəaliyyətini ictimai rəy qəbul etmədi. İndi artıq partiya əvvəlki nüfuzunu itirmək üzrədir. Təsəvvür edin, bu gün Mirşahin ağır şəkildə YAP-ı ittiham etməyə başlayıb. Bu risk onun özündənmi yaranıb, yoxsa bu cəsarəti "hədiyyə" ediblər. Partiyanı bu cür adamların əzməsinə qətiyyən imkan vermək olmaz.

 

Eldar Sabiroğlu

Tarix: 14 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin