TƏBİB məlumat yaydı – SON DƏQİQƏ

Azərbaycanda hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 115, süni tənəffüs aparatına qoşulanların sayı isə 12-dir.

 

TƏBİB-dən Pravda.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.

Tarix: 14 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin