Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı

Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.

 

Pravda.az-ın xəbərinə görə, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub.

 

Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.

 

Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.

 

Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.Azpolitika

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 07:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin