BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəddafinin milyardları hara yoxa çıxdı?

Britaniyanın “BBC Four” tele-radiokompaniyası  Liviyanın müsəlman lideri Müəmmar Qəddafinin ölümündən sonra qeybə çəkilmiş 12,5 milyard dollarlıq vəsaitin taleyi ilə bağlı tammetrajlı sənədli araşdırma filmi çəkəcək.

 

Pravda.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

 

Prodüser Bruk Leppinqin sözlərinə görə, milyardların izinə iki hollandiyalı jurnalist – Mişa Vessel və Tomas Blom düşəcəklər. Liviya liderinin varidatı üçün casuslar, xüsusi təyinatlılar, siyasətçilər və ölkənin ən yüksək siyasi dairələrinin üzvü olan hər kəs uzun müddət “ov edib”...

 

"Qəddafinin irsi bir fitnə və şiddət hekayəsidir. Bu film dünyanın əksər hissəsini əhatə edəcək. Filmlərimiz keçmişin sirlərini gerçək faktlara əsaslanaraq açmaqla tanınır. Və bu yeni lent də istisna deyil" -deyə “Zinc Media Group” kompaniyasının direktoru Qrek Sanderson bildirib.

 

Bəzi məlumatlara görə, Qəddafi milyardları Cənubi Amerika banklarında gizlədib. Ancaq ölümündən sonra  həmin varidatın dəqiq taleyi bilinmir.Moderator

Tarix: 15 Sentyabr 2020, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin