BURADA REKLAMINIZ OLA
BİLƏR

Dönər biznesi ilə məşğul olanların NƏZƏRİNƏ

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verir”.

 

Pravda.az-ın məlumatına görə, bunu onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib., bildirib ki, layihə Azərbaycanda nümunəvi biznesin yaradılmasını özündə birləşdirir: “Bununla da onların rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində beynəlxalq standartlara cavab verilməsi təşkil edilir. Bununla yanaşı sahibkarların əhaliyə tam və təhlükəsizlik qida təmin etməsi üçün imkanlar genişləndirilir. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi daxildir”.

 

O. Mikayıl layihədə iştirak edən sahibkarlıq subyektlərində müvafiq qiymətləndirmə aparıldığını vurğulayıb: “Eyni zamanda lazımı təşkilati və texniki dəstəyi göstərəcəyik. Layihə dövlət qurumlarının vəsaiti hesabına icra olunacaq”.

Tarix: 15 Sentyabr 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin