“Bu gənclər "sherefsiz.com", "exlaqsiz.info”, "yenge.org", civi.tv kimi saytların şinelindən çıxıblar”

Təəccüblənməyi çoxdan yadırğamışam… Amma bu il jurnalist olmaq istəyən abituriyentlərin esselərinin qiymətləndirilməsi zamanı qarşılaşdığım "kəşflər" məni sözün əsl mənasında təəccübləndirdi.

 

Məsələn, yazılardan birindən öyrəndim ki, sən demə "Azərbaycanı vəsf edən şairlər bir çox beynəlxalq mükafatlara layiq görülüblər". Hətta onların arasında Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər və Qasım bəy Zakir kimi klassiklərimiz də var…

 

Basqa bir yazıdan isə öyrəndim ki, sən demə telejurnalist Çingiz Mustafayev əslində döyüşçü olub. Yüzlərlə erməniyə qarşı təkbaşına döyüşüb. O qədər erməni döyüşçüsü öldürüb ki, silahın tətiyini sıxan barmağı belə qançır olub…

 

Günahkar axtarmayacağam. Nə ailədə, nə də təhsildə… Qabiliyyət imtahanında bu qədər rahatlıqla yalan üyüdən, məsuliyyətsizliyin dibinə varan bu gəncləri biz yetişdirmişik. Hamımız… Birlikdə…

 

Bu gənclər "sherefsiz. com", "exlaqsiz. info", "namussuz. net", "gop. az", "yenge. org", civi.tv kimi internet resurslarının, yorğan-döşək TV-lərin şinelindən çıxıblar. Bu uşaqlar indi özündən basqa hər kəsi suçlayan "bomboz kardinal"ların ideoloji zəhərinin, şou-biznes texnologiyalarının "məhsullarıdır". Və təəssüf ki, medianın gələcəyi olmaq istəyənlərin arasında dunənin adamlarının varisləri də var.

 

Amma işıqlı gənclərimiz də az deyil. Bəlkə də dünənimizlə, bu günümüzlə müqayisədə sayları daha çoxdur.

 

Hər halda mən medianın gələcəyinə böyük ümidlərlə baxıram və hesab edirəm ki, bu gün şərti də olsa qabiliyyətlərini qiymətləndirdiyimiz gənclərin arasından parlaq simalar çıxacaq.

 

Ələkdən keçən hər kəsi təbrik edir, uğurlar diləyirəm!

 

Elçin Mirzəbəyli

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin