Canəli Əkbərov tanınmaz halda - VİDEO

Xalq artisti Canəli Əkbərovun görünüşü hər kəsi şoka salıb.

 

Pravda.az xəbər verir ki, sənətçiyə baş çəkən Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında onun görüntülərini paylaşıb.

 

O, müəllimini ziyarət edərək "Respublikanın xalq artisti, mənim ustadım, Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə, şagird hər zaman ona əziyyət çəkən müəllim və müəllimələrini unutmamalıdır. Allah şəfa versin korifey sənətkarımıza. Amin" sözlərini yazıb.

 

Sözügedən videoyaya çoxsaylı şərhlər gəlib, izləyicilər Canəli Əkbərovun çox dəyişdiyini, yaşlandığını yazıblar.

 

Xatırladaq ki, C.Əkbərov iyulda oğlunu itirib.Yenisabah

 

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin