“Orduda cəzalandırılanlar "farmazon”luqlarına görə şəkil, video paylaşan hərbiçilər olub”

“İstənilən ordu dövlətin, millətin şərəfidir. Son dövrlər, sanki, ordunu gözdən salmaq üçün yarış keçirilir. Yoxlanılmamış, böhtan xarakterli yazılar paylaşılır və heç kim onun fəsadlarını düşünmür. Neçə gündür ki, erməni zabitini girov götürmüş hərbiçilərimizin şəkil, video paylaşdıqlarına görə ordudan kənarlaşdırılması barədə tənqidi fikir bildirməyi tələb edirlər. Tirajlanan bu xəbər həqiqət olsa belə, bunu şişirtməyə, ordu rəhbərliyini ittiham etməyə əsas görmürdüm, çünki qanunsuzluq açıq-aşkar ortada idi. Kəşfiyyat xarakterli əməliyyatlar məxfi olduğundan onun yayılması qadağandır. Bundan başqa hərbiçilərin smartfon telefonlardan hərbi xidmət zamanı istifadəsinə də qanunla yol verilmir. Buna baxmayaraq neçə gündür ki, bu mövzu sosial şəbəkəni zəbt edib. Uğursuzluğa düçar olduğumuz Qarabağ müharibəsindən hələ də nəticə çıxarmamışıq və qarşıda müharibə olacağını düşünmədən yenə eyni səhvlərə yol veririk. Yaddan çıxarırıq ki, məhz hərc-mərcliyə, yalançı vətənpərvərliyə, ordunu siyasətə qatdığımıza görə torpaqlarımızı itirdik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, baş vermiş hadisədə isə cəzalandırılanlar erməni zabitini girov götürənlər yox, sadəcə telefonlarından istifadə edib "farmazonluq"larına görə şəkil, video paylaşan hərbiçilər olub: “Yeri gəlmişkən bildirim ki, çox ziyanlı olan Türkiyədə və Rusiyada təhsil almış hərbiçilər arasında guya qarşıdurmadan yazmaq, bunu tirajlamaq da bir dəbə çevrilib. Sadəcə bunu edənlərin məqsədlərini anlaya bilmirəm. Bilərəkdən, yaxud bilməyərəkdən edilməsinə baxmayaraq bu cür yazıların yolverilməz olduğunu düşünürəm və bunu ordumuza, dövlətimizə düşmənçilik kimi qiymətləndirirəm. İndiki məqamda bizə daxili qütbləşmə deyil, birlik lazımdır!”

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin