TƏBİB məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 15-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Pravda.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 953 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 111 nəfər reanimasiyada, 10 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 12 idi.

 

Ümumilikdə 38 517 nəfər virusa yoluxub, 35 998 nəfər sağalıb, 566 nəfər vəfat edib.

 

Bu gün 6 921 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 020 029 test aparılıb.

 

Qeyd edək ki, bu gün 114 koronavirusa yoluxma faktı qeydə alınıb, 138 nəfər sağalıb, 2 nəfər ölüb.

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin