Mirşahinə cavab: Yeni Azərbaycan Partiyası kabinet partiyası deyil

Hakim Yeni Azərbaycan Partiyasında dəyişiklik etməyin vacibliyi barədə son vaxtlar çağırışlar eşidilməkdədir. Bəziləri hesab edir ki, 27 ildir hakimiyyətdə olan partiyada sanki bir yorğunluq, passivlik yaranıb. Bu barədə fikirlər artıq telekanallarda da ifadə olunur. Məsələn, REAL TV-də Mir Şahin partiyanın passivliyini bildirib və tənqid edib. Partiyada bir “metal yorğunluğu”nun son zamanlar müşahidə edildiyi iddia olunub. 

Bəs Yeni Azərbaycan Partiyasında bu barədə nə düşünürlər? Dəyişiklik etmək, aktivləşmək barədə tənqidi fikirlər əsaslıdırmı?

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, uzun müddət hakimiyyətdə olmaq təkcə YAP-ın tarixində deyil. Avropanın bir sıra ölkələrində-Almaniyada, İsveçrədə, Fransada, İtaliyada, Skandinaviya ölkələrində, Şərq ölkələri Hindistanda, Yaponiyada bir partiyanın uzun müddətdə hakimiyyətdə olduğunun şahidiyik. Yəni bu o halda baş verir ki, partiya daim cəmiyyətin nəbzini tuta bilir, cəmiyyətin maraqlarını öz siyasətində əks etdirə bilir: “Yeni Azərbaycan Partiyasının şüarı ”Yeni müstəqil Azərbaycan uğrunda"dır. Bu, o deməkdir ki, biz dövlətimizin müstəqil olmağını və Azərbaycanı daim yeniləşən görmək istəyir. Bu fikirlər, bu ideyalar partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İndiki sədrimiz, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Partiya mühafizəkar deyil, partiya daim yeniliyi cəmiyyətə təqdim edir. Bunun nəticəsidir ki, biz rəhbərlikdə, seçkili orqanlarda nümayəndələrin içində çox sayda yeni insanları görürük. Bu il YAP-dan seçilən Milli Məclis deputatlarının içərisində çox sayda yeni simalar var. Bu, bundan sonra da belə olacaq. Hər qurultayda partiya rəhbərliyində biz yenilik görürük. Hər situasiyaya partiya çox operativ surətdə reaksiya verir, hətta haradasa səhv olubsa həmin səhvi tezliklə aradan qaldırmağa çalışır. Vaxtaşırı cəmiyyətdə Yeni Azərbaycan Partiyası ilə bağlı müxtəlif fikirlər səslənir. Mən bunu ilk növbədə partiyaya olan yüksək etimad kimi qiymətləndirirəm və bunu həm də təkliflər kimi görürəm. Bu normal bir prosesdir".

A.Mirzəzadə qeyd etdi ki, partiyanın fəaliyyətində daha nələrisə görmək barədə təkliflər partiya daxilində həmişə ciddi analiz edilir: “Yeni Azərbaycan Partiyası kabinet partiyası deyil. Bizim nümayəndələrimiz daim cəmiyyətin içərisindədir. Mətbuata açığıq, istənilən mətbuat orqanı istənilən partiya funksionerindən müsahibə götürə bilir. Biz polemikalardayıq, bizim nümayəndələrimiz kvartallarda cəmiyyətin, ziyalıların içərisindədir, dövlətçiliyin istənilən məsələsinə dair mövqeyimiz ortadadır. Biz insanların daha yaxşı yaşaması, hüquqlarının daha geniş olması üçün daim təkliflərimizi səsləndiririk. Yeni Azərbaycan Partiyasında kiçik, böyük və yaxud da hansısa qrupun məsələsi kimi prioritet məsələ yoxdur. Məsələn, elan edildi ki, Yeni Azərbaycan Partiyası ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş 10 tələbəyə hər ay təqaüd vermək istəyir. Bundan başqa, 70 nəfər tələbə hazırda YAP-ın təqaüdünü alır. Bizim çox Qadınlar Şuramız, fəal Gənclər Birliyimiz var. Yeni Azərbaycan Partiyası sosial şəbəkədə fəaldır”. 

Partiya rəsmisi həmçinin qeyd etdi ki, şübhəsiz, onlardan gözləntilər daha çoxdur: “Kimlərsə partiya ilə bağlı özünün şəxsi fikrini ortaya qoyur. Bu normaldır. Amma ilk növbədə partiyamızın məqsədi vətəndaş  üçün çalışmaqdır, onun sosial problemlərinin həll edilməsi üçün çalışmaqdır, cənab Prezidentin uğurlu xarici və daxili siyasətini müdafiə etməkdir, ona dəstək olmaqdır. Yeni Azərbaycan Partiyasında təşkilat şöbəsinin müdiri vəzifəsinə bugünlərdə yeni təyinat olub. Bu təyinatı yüksək qiymətləndirirəm. Aydın Hüseynov cəmiyyətdə tanınan şəxsdir. İnanıram ki, onun fəaliyyəti partiyamızın gündəlik operativ işində öz töhfəsini verəcək”. 

Tarix: 16 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin