BDU-dan cavab: Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir

2020-ci il 15 sentyabr tarixində Pravda.az saytında “BDU-da "Müasir Azərbaycan dili" fənni ləğv edilib?” sərlövhəli yazıda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müasir Azərbaycan dilinin tədrisinin ləğv edildiyi barədə fikirlər yer alıb. Bildiririk ki, 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali təhsil pilləsi ixtisasları üzrə yeni və müasir zamanın tələblərinə cavab verən yeni təhsil proqramları qəbul olunub. Bu baxımdan Jurnalistika ixtisası üzrə də yeni təhsil proqramı qəbul edilib və proqramda istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərilə bağlı bir sıra yeniliklər edilib. Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir.

 

Bu barədə Pravda.az-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.


Qeyd olunub ki, Təhsil Nazirliyinin təsdiq etdiyi yeni ixtisas proqramında da bu amil nəzərə alınıb. Ümumi fənlər bloku üzrə birinci kurs tələbələrinə tədris ediləcək “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnində Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqları öyrədiləcək, eyni zamanda tələbələrin istər yazı, istərsə də danışıq texnikasını daha dərindən mənimsəməsi məqsədi ilə növbəti kurslarda “Jurnalistin nitq mədəniyyəti”, “KİV-in dili və redaktənin əsasları” kimi əsas ixtisas fənləri tədris ediləcək, Azərbaycan dilinin mətbuata təsiri problemləri “KİV-in dili və redaktənin əsasları” fənnində tədris olunacaq.



Xatırlatma: "Pravda.az" xəbər portalı "Müasir Azərbaycan dili" fənninin ləğvi ilə bağlı məlumatı hüquqşünas Aslan İsmayılova istinadən yayıb.

Tarix: 16 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin