BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarova Moskvaya gedir

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.

S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.


Tarix: 17 Sentyabr 2020, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin