BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Tofiq Yaqublunun həyati təhlükəsi yoxdur

“Tofiq Yaqubluya tibbi baxış keçirildi. Onun ümumi vəziyyəti kafi-ağır olaraq qiymətləndirildi”.

 

Bu barədə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.

 

O bildirib ki, T.Yaqublunun təcili surətdə aclıq prosesini dayandırması təklif edilib:

 

“Aclıq aksiyası davam edərsə, metobolizmada gedən dəyişikliklər arta, onun vəziyyəti də ağırlaşa bilər. Hazırda vəziyyəti qiymətləndirilib və həyati təhlükəsi yoxdur. Amma ümumi fonda vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir”.

 

O, qeyd edib ki, T.Yaqublu yemək yeməsə də, su qəbul edir.Oxu.az

Tarix: 17 Sentyabr 2020, 21:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin