BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” fikrini Jalə Əliyeva deyil, Jalə Əhmədova deyib

“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 17-də keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

 

Deputat media işçilərinə müraciə edib: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.

 

Qeyd: Sosial şəbəkələrdə bu fikri deputat Jalə Əliyevanın səsləndirdiyi iddia edilirdi. Amma o, açıqlama yayaraq bunu təkzib edib.

 

 

 

Tarix: 18 Sentyabr 2020, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin