BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Heydər Əliyev Fondunun Ağdaşda həyata keçirdiyi layihələrdən danışdı - FOTO

“Heydər Əliyev Fondu ölkəmizin hər bir bölgəsində davamlı olaraq çox  böyük sayda və nəhəng layihələr həyata keçirir. Bu layihələr xüsusilə təhsil, səhiyyə, mədəniyyət, humanitar, sosial, gənclər və sair  sahələri əhatə edir. Hazırda Fond tərəfindən təhsillə bağlı Ağdaş rayonunda da bir çox layihələr icra edilməkdədir. Belə ki, rayonun ən ucqar yaşayış məntəqələrindən olan Yenicə kəndində 440 şagird yerlik məktəb binası və şəhər ərazisində 2 körpələr evi - uşaq bağçasının inşa edilməsi deyilənlərə sübutdur”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ağdaşın deputatın Cavid Osmanov deyib.

 

C.Osmanov bildirib ki, Yenicə kəndində 440 şagird yerlik məktəb binasında tikinti işləri tamamlanmaq üzrədir: “Şəhər ərazisində inşa edilən bağçalardan biri isə ötən gün, 16 sentyabr 2020-ci il tarixdə  istifadəyə verildi. Heydər Əliyev Fondunun nümayəndələri və  rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə  açılışda iştirak etdik.  Heydər Əliyev Fondu tərəfindən rayonumuzda həyata keçirilən bu layihələr ölkəmizin hər bir bölgəsinə olduğu kimi  Ağdaş rayonuna da olan xüsusi diqqət və qayğısının göstəricisidir. Bütün bunlara görə ölkəmizin Birinci Vitse-Prezidenti,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ağdaşlılar adından öz dərin minnətdarlığımızı bildirirəm”.

Tarix: 18 Sentyabr 2020, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin