Seyid Taleh danışdı

Xəbər verdiyimiz kimi Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi "Hədəfim Hüseyndir” adlı klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması qalmaqala səbəb olub. Seyyid Taleh Boradigahi açıqlamasında xəritənin ona aidiyyəti olmadığını deyib: "Klip "MUSSON" studiyasında çəkilib və məkan Samir Şirinova aiddir. Böyük sənətkarımız Alim Qasımova və mən qonaq qismində orada iştirak etmişik. Xəritənin mənə aiddiyyəti yoxdur".

 

Studiyanın sahibi Samir Şirinovla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi.

 

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritə yer alıb. Bu, sosial şəbəkədə sərt tənqid edilib.

Tarix: 18 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin