Nazirlər Kabinetindən yeni QƏRAR

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.

Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 5 inzibati məhkəməsi və 5 kommersiya məhkəmələrinə ümumilikdə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib.

Belə ki, ölkə üzrə fəaliyyət göstərən beş inzibati məhkəməyə 8, beş kommersiya məhkəməsinə isə 8 avtomobilin verilməsi nəzərdə tutulur.

İndiyədək ölkə üzrə mövcud 5 inzibati-iqtisadi məhkəmənin istifadəsində 10 avtomobil olub.

Tarix: 18 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin