BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi?

1994-cü il martında Dağlıq Qarabağ uğrunda döyüşlər hələ davam edirdi. Bu şəraitdə hər iki tərəf Minsk qrupunun iştirak ilə sülh danışıqları da aparırdı.

 

Pravda.az xəbər verir ki, bu foto 1994-cü ilin 11 martında çəkilib.

 

Fotoda Azərbaycan-Ermənistan sərhəddinin İcevan rayonu ərazisində iki ölkənin o zamankı spikerləri Babken Ararktsyan və Rəsul Quliyev arasında baş tutan görüş əks olunub.

 

Bir neçə saat çəkən görüş Minsk Qrupunun vasitəçilərinin iştirakı olmadan birbaşa həyata keçirilib. Görüşü işıqlandırmaq üçün azəbaycanlı və erməni jurnalistlər də əraziyə buraxılmışdı.

 

Danışıqlar zamanı Qarabağ cəbhəsində atəşin dayandırılması, sülhün əldə olunması üçün atılacaq addımlar müzakirə olunmuşdu.

 

Bu görüşdən 2 aydan az müddət sonra Azərbaycan və Ermənistan arasında Qırğızıstanın paytaxtı Bişkekdə Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalanıb. Müharibəni müvəqqəti olaraq dayandıran Bişkek protokolu 26 ildir ki, münaqişənin aktiv fazasını dayandıran əsas sənəddir.Modern.az

Tarix: 19 Sentyabr 2020, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin