Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.
Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.
Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 23:09
19 Aprel 22:37
19 Aprel 22:29
19 Aprel 22:19
19 Aprel 21:59
19 Aprel 21:49
19 Aprel 21:47
19 Aprel 21:44
19 Aprel 21:41
19 Aprel 21:39
19 Aprel 21:37
19 Aprel 19:52
19 Aprel 19:40
19 Aprel 19:38
19 Aprel 19:37
19 Aprel 19:35
19 Aprel 19:33
19 Aprel 19:32
19 Aprel 19:30
19 Aprel 19:17
19 Aprel 19:15
19 Aprel 19:13
19 Aprel 19:12
19 Aprel 19:08
19 Aprel 19:06
19 Aprel 18:55
19 Aprel 18:52
19 Aprel 18:39
19 Aprel 18:36
19 Aprel 18:09
19 Aprel 17:56
19 Aprel 17:52
19 Aprel 17:50
19 Aprel 17:33
19 Aprel 17:15
19 Aprel 17:02
19 Aprel 16:59
19 Aprel 16:40
19 Aprel 16:35
19 Aprel 16:30
19 Aprel 16:12
19 Aprel 16:06
19 Aprel 15:52
19 Aprel 15:46
19 Aprel 15:33
19 Aprel 15:23
19 Aprel 15:17
19 Aprel 15:12
19 Aprel 15:09
19 Aprel 14:59
19 Aprel 14:39
19 Aprel 14:25
19 Aprel 13:59
19 Aprel 13:56
19 Aprel 13:47
19 Aprel 13:45
19 Aprel 13:34
19 Aprel 13:30
19 Aprel 13:28
19 Aprel 13:11
19 Aprel 13:07
19 Aprel 13:01
19 Aprel 12:59
19 Aprel 12:56
19 Aprel 12:42
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
19 Aprel 06:11
19 Aprel 06:07
19 Aprel 05:57
19 Aprel 05:54
19 Aprel 05:51
19 Aprel 05:48
19 Aprel 05:47
19 Aprel 05:45
19 Aprel 01:30
19 Aprel 00:02
18 Aprel 23:58
18 Aprel 23:02
18 Aprel 21:10
18 Aprel 21:02
18 Aprel 21:01
18 Aprel 20:59
18 Aprel 20:57
18 Aprel 20:56
18 Aprel 20:54
18 Aprel 20:47
18 Aprel 19:02
18 Aprel 18:59
18 Aprel 18:39
18 Aprel 18:37
18 Aprel 18:28
18 Aprel 18:23
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:51
18 Aprel 17:30
18 Aprel 17:23
18 Aprel 17:19
18 Aprel 17:15
18 Aprel 17:04
18 Aprel 16:46
18 Aprel 16:41
18 Aprel 16:06
18 Aprel 16:04
18 Aprel 16:00
18 Aprel 15:59
18 Aprel 15:57
18 Aprel 15:54
18 Aprel 15:53
18 Aprel 15:52
18 Aprel 15:51
18 Aprel 15:50
18 Aprel 15:47
Ən son xəbərləri səhifəmizdən də izləyin