Əhəd Abıyevin milyonluq mülkləri - AÇIQLAMA

Daşkəsən rayon İcra Hakimiyyəti “Kanal13”-də yayımlanan “Bumeranq” verilişində 17.09.2020-ci il tarixində efirə verilən “Masallının “kral”ı Əhəd Abıyevin topdağıtmaz nəhəng sərvəti: Hotellər, restoranlar, lüks villalar...” başlıqlı materialla bağlı təkzib yayıb.

 

Pravda.az həmin məlumatı təqdim edir:

 

“Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilib”.

 

Məlumatda bildirilir ki, adıçəkilən restoranların, otellərin, ticarət mərkəzlərinin, torpaq sahələrinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla  qətiyyən əlaqəsi yoxdur:

 

 “Bu faktlardan biri təsdiqini taparsa adı çəkilən əmlaklar notarial qaydada həmin şəxsə  hədiyyə ediləcək.Hər il bayram tədbirlərində, ənənəvi olaraq, əsgərlərimiz tərəfindən xüsusi formada hazırlanmış Ermənistan bayrağı sındırılır. Bu kimi tədbirlərin birində isə əsgərlərimiz tərəfindən hazırlanan sözügedən bayrağı  Əhəd Abıyev sındırdı. Həmin bayrağı Kolumbiya bayrağına bənzədənlər isə deməli, ermənilərin dostudur.

 

Bilərəkdən, məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar.  Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir”.

 

Əhəd Abıyevin təhsili məsələsinə gəlincə isə bildirilir ki, Abıyev köhnə  Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini)  bitirib:

 

““Təfəkkür” Universitetinin diplomu ilə bağlı bildiririk ki, həmin diplom heç bir yerdə istifadə olunmayıb. Əgər surəti və ya istifadə olunduğu yer varsa, buyurub təqdim edə bilərlər”.

Tarix: 19 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin