BURADA REKLAMINIZ OLA
BİLƏR

Dekabrın 23-də iş olmayacaq

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar gələn həftənin bazar ertəsi - dekabrın 23-ü qeyri-iş günüdür.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

 

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

 

Bələdiyyə seçkiləri respublika üzrə keçirildiyindən dekabrın 23-ü qeyri-iş günüdür.

Tarix: 20 Dekabr 2019, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin