BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, dövlətin atdığı gözəl və humanist addımdır” - Anar

“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması humanist addımdır”.

 

Bunu Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, T. Yaqublunu ev dustaqlığına buraxmaqla dövlət humanist və doğru addım atıb:

"Mən fikrimi səsləndirmişəm ki, siyasət insanlarının, jurnalistlərin həbsdə olmasını istəmirəm. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması yaxşı xəbərdir. Bu, dövlətin atdığı gözəl və doğru addımdır".

 

Qeyd edək ki, Xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev T. Yaqublunun azad olunması xahiş etmişdilər.

 

Xatırladaq ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində müsavatçı Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və T. Yaqublu ev dustaqlığına buraxılıb.Azvision

Tarix: 19 Sentyabr 2020, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin