Metro yenidən bağlana bilər – RƏSMİ AÇIQLAMA

Bakı Metropolitenində əsas tələblərə riayət edilməməsi metronun yenidən bağlanmasına səbəb ola bilər.

 

Pravda.az-ın məlumatına görə, metropolitendə əsas tələblər tibbi maskanın taxılması və sosial məsafənin qorunmasıdır.

 

Xüsusən tibbi maska sərnişinlərdən stansiyaya girişdə tələb olunur. Lakin stansiya platformalarında, əsasən də qatarlarda sərnişinlərin bir sıra hallarda bu qaydalara riayət etməməsi ilə rastlaşılır. Bu hal isə metronun yenidən bağlanmasına gətirib çıxara bilər.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir.

 

Bəxtiyar Məmmədov bu prosesdə vətəndaşların sosial məsuliyyət daşıdıqlarını deyib. Qurum rəsmisi bildirib ki, bu cür halların baş verməməsi üçün təkcə platformalarda deyil, qatarlara minərkən də maskalar təyinatına uyğun taxılmalıdır .

 

Tarix: 20 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin