BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tarqovi”da binada uçqun - Sakinlər təhlükədə

Bakının Nizami küçəsi ev 91 (“Torgovaya”) ünvanındakı yaşayış binasında uçqun baş verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sakinlər xəbər veriblər.

 

Bildirilib ki, 10 mərtəbəli binada damın bir hissəsi çöküb və dağıntı qalıqları mənzillərdən birinin içinə tökülüb.

 

“Hadisə nəticəsində binanın damında böyük bir deşik əmələ gəlib, ciddi təhlükə yaranıb. Mərtəbəarası döşəmə və örtüklər taxtadandir. İndiki vəziyyətdə Allahın ümidinə qalmışıq. Qəza nəticəsində 17 nömrəli mənzilə və ondan aşağıdaki mənzillərə axmış yağış suları sakinlərə ciddi ziyan vurub. Bu barədə dəfələrlə mənzil-istismar sahəsinin rəisinə, Nəsimi rayon İH-nə və Baki İH-nə yazili formada və telefonla, başqa dövlət qurumlara məlumat vermişik, lakin bərpa-təmir işlərilə bağli heç bir konkret cavab almamışıq. Sözsüz ki, bu, təcili və təxirəsalinmaz bir məsələdir. Bununla bağlı mətbuatdan xahiş edirik ki, bizə köməklik göstərib, bu məsələni işiqlandırsın”,-deyə bina sakinləri haray çəkiblər.Modern.az

Tarix: 20 Sentyabr 2020, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin