BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada nə baş verir?

Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

 

Pravda.az-ın xəbərinə görə, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

 

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

 

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 20 Sentyabr 2020, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin