BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siyasətlə nə üçün məşğul olduğunu bilməyən minlərlə insan bədbəxtliyə düçar oldu” - Deputat

“Deputat həmkarımız Jalə Əhmədovanın “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam.” fikri sosial şəbəklərdə tənqidə məruz qalıb. Mən Jalə xanımın bu fikrinə hörmətlə yanaşır və ona haqq qazandırıram. Sual yaranır, siyasətlə kimlər məşğul olmalıdır? Ali məktəblərdə “Politologiya” ixtisası üzrə mütəxəssis hazırlanır. “Siyasət” ixtisası ürə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri verilir. Ali Attestasiya Komissiyasının saytında 2010-cu ildən bəri “siyasət” üzrə fəlsəfə doktorlarını 100-ə qədər sayandan sonra gözlərim qaraldı, davam edə bilmədim. Siyasi partiya (onların sayı 61-dir) rəhbərləri və həmin partiyanın üzvləri siyasətlə məşğul olurlar. Və 12 partiyanın nümayəndələri parlamentin üzvüdür. Yeri gəlmişkən, Milli Məclisin 4 üzvü “Siyasət” üzrə elmlər doktorudur. Xalq şairi Sabir Rüstəmxanlı siyasi partiya rəhbəridir. Və illərlədir partidaşları onu özlərinə lider kimi qəbul ediblər. Yəni QANUNVERİCİ orqan olan Parlamentin içində və çölündə kifayət qədər siyasətlə məşğul olan şəxslər var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

“Milli Məclisin “Elm və Təhsil” Komitəsində, “İdman və Gənclər” komitəsində, yaxud “Səhiyyə” komitsəində siyasətçilərin olmasına nə ehtiyac var? Vəziyyət o həddə gəlib çatıb ki, bəzi qəzet və sayt rəhbərləri də özlərini kamil siyasətçi adlandırırlar. Bismark gözəl deyirdi: “Siyasət elm deyil, sənətdir.” Şəxsən mənim də sənətim siyasət deyil.  Siyasət haqqında ilk fundamental əsrin müəllifi filosof Aristotel olub. Yəni bu sənəti filosoflar yaradıblar.  Azərbaycanda siyasətlə nə üçün məşğul olduğunu bilməyən minlərlə insan bədbəxtçiləyə düçar oldu. Hələ onlara qoşulanları demirəm. Bu indi də davam edir. İnsanları siyasətdən baş çıxarmayıb “mən peşəkar siyasətçiyəm” ifadəsi ilə aldadanlar çox olub. Elm, təhsil, səhiyyə, gənclər, idman  siyasəti ilə məşğul olanların əksəriyyəti  isə özlərini siyasətçi adlandırmırlar. Tamamilə düz edirlər. Əsas məsələ idrakla və təfəkkürlə ölkəyə verilən faydadır. Elə siyasət də bunun içindədir. Başqa bir məsələ: Ölkəmizə Humanitar Forum çərçivəsində qonaq gəlmiş bir Nobel mükafatı laureatı ona verilən 10 sualdan səkkizinə cavab vermədi. Dedi ki, mənim sahəm deyil. Bunun özü də bir mədəniyyətdir” – E.Əliyev qeyd edib.

Tarix: 20 Sentyabr 2020, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin