BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel salonunda bağban işləyən şəxsi cərəyan vuraraq öldürdü

Sentyabrın 20-i saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Yasamal Rayon Prokurorluğundan məluma verilib.

 

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılan araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

 

Hazırda fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Tarix: 21 Sentyabr 2020, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin