BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafanın icra başçısının həbsi digərlərinə dərs oldu - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

 

Pravda.az-ın xəbərinə görə, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

 

Alimpaşa Məmmədov ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildirib:

 

"Cənab Prezidentin hər zaman şəhid ailələrinə diqqət və qayğısının şahidi olmuşuq. İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur”.

 

Şəhidin ailə üzvləri - atası Cəfərov Məhərrəm Qədir oğlu, anası, Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndəsi olan Cəfərova Lyuda Feafovna Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.

 

A.Məmmədovun şəhid anasının əlini öpməsi müzakirələrə səbəb olub. Bildirilib ki, icra başçıları görüntü üçün deyil, real iş ortaya qoymalıdırlar, vətəndaşlara qayğı göstərməlidirlər.

 

Xatırlatma: Prezident İlham Əliyev rayon icra hakimiyyətlərinin başçılarına bir neçə dəfə xəbərdarlıq edib. Dövlət başçısı qeyd edib ki, vəzifəsindən sui-istifadə edən məmurlar cəzalandırılacaq. Bunun sübutu olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı, daha sonra N.Quliyev, Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi.

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2019, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin