BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ

Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

 

***

18:14

 

Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

 

İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.Oxu.az

 

Tarix: 21 Sentyabr 2020, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin