BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov XİN-in kollegiyasının tərkibini dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib.

 

Pravda.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

 

“ADA” Universitetinin rektoru

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.

Tarix: 21 Sentyabr 2020, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin