“Salyana Allah tərəfindən göndərilmiş elçisiz” - Jalə Əhmədova ilə bağlı səsləndirilən fikir müzakirələrə səbəb oldu

Milli Məclisin deputatı Jalə Əhmədova ilə bağlı seçicisinin səsləndirdiyi fikir müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, çıxışın videosu sosial şəbəkədə paylaşılıb.

 

Belə ki, deputat Jalə Əhmədova bir müddət əvvəl – növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat zamanı Salyanda seçicilərindən birinin ailəsində qonaq olub. Seçicisi J.Əhmədova haqqında deyib: “Siz Salyana Allah tərəfindən göndərilmiş elçisiniz, açıq və səmimi deyirəm. Sosial şəbəkələrdə də səmimi fikirlərimi bildirmişəm. Siz Azərbaycan xanımlarına xas bütün milli xüsusiyyətləri özünüzdə cəmləşdirə bilmisiniz, buna görə də çox sevilirsiniz. Bəzən and içirik: “O göydəki Allahhaqqı”. Allah göydə deyil, hər kəsin qəlbində, daxili dünyasındadır. Siz bura gəlməmişdən hər kəsdə məhəbbət yaranmışdı ki, Allahın bir elçisi gələcək. Göz insanın radar aparatıdır, qarşıdakı insanın xırda əlamətlərinədək görür və rəy verir. Xalq sizi görən kimi müsbət rəy yarandı. Fevralın 9-da o qədər təəccüb edəcəksiniz ki... Deyəcəksiniz, salyanlılar məni nə qədər çox istəyirmiş, nə qədər səs toplamışam... Salyanlıların sizə dərin məhəbbəti var. Allahı biz görmədən sevirik, ilahi sevgidir. Bu gün sizi görməyənlər sevirlər... Açıq deyirəm, ailədə sizin haqqınızda söhbət gedəndə, görməsələr də, deyirlər, Jalə xanıma səs verəcəklər. İnanırıq ki, deputat seçildikdən sonra da xalqın arasında olacaqsınız, şəhid ailəsinin, kasıbın övladının toyunda iştirak edəcəksiniz, xeyir-dua verəcəksiniz”.

 

J.Əhmədova da seçicisinə təşəkkürünü bildirib.

 

Görüşün videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, J.Əhmədovanın sonuncu müsahibəsindəki “Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikri birmənalı qarşılanmayıb, müzakirələrə yol açıb.

"Siz Salyana Allah tərəfindən göndərilmiş elçisiz, Jalə xanım" from Pravda on Vimeo.

Tarix: 21 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin